...

Moskvada polis rəisinin müavini qanunsuz biznesə himayədarlıq etməkdə şübhəli bilinir

Dünya xəbərləri Materials 17 Yanvar 2014 11:29 (UTC +04:00)
Moskvada Şərqi Biryulevo rayonu üzrə DİN polis şöbəsi rəisinin müavini qanunsuz biznesin təşkilatçılarına kömək etməkdə şübhəli bilinərək saxlanılıb.
Moskvada polis rəisinin müavini qanunsuz biznesə himayədarlıq etməkdə şübhəli bilinir

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Moskvada Şərqi Biryulevo rayonu üzrə DİN polis şöbəsi rəisinin müavini qanunsuz biznesin təşkilatçılarına kömək etməkdə şübhəli bilinərək saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i DİN-in Moskva üzrə mətbuat xidmətinə istinadən xəbər yayıb.

Mənbə agentliyə bildirib: "Dünən axşam paytaxtın təhlükəsizlik polisinin əməkdaşları Şərqi Biryulevo rayonu üzrə DİN polis şöbəsi rəisinin müavinini qanunsuz biznesin təşkilatçılarına kömək etməkdə şübhəli bilərək saxlayıblar".

Hadisə ilə bağlı materiallar prosessual qərarın qəbulu üçün göndərilib, saxlanan əməkdaş mənfi motivlər üzrə işdən uzaqlaşdırılıb, onun rəhbərləri isə inzibati məsuliyyətə cəlb ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti