...

İranda bir neçə zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 Fevral 2014 05:48 (UTC +04:00)
Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhər ərazisində bazar ertəsi axşam baş verib.
İranda bir neçə zəlzələ baş verib

Azərbaycan, Bakı, 26 fevral / Trend /

Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhər ərazisində bazar ertəsi axşam baş verib. Bu barədə Trend İRNA agentliyinə istinadən məlumat verir.

Tehran universitetinin geofizika İnstitutu yanındakı seysmoloji mərkəzin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20: 46 altı kilometr dərinlikdə baş verib.

İkinci zəlzələ Kirman əyalətinin cənubunda yerləşən Fəryab şəhərində baş verib. Zəlzələnin gücü Rixter cədvəli ilə 3.6 balla qiymətləndirilir.

Tehran universitetinin geofizika İnstitutu yanındakı seysmoloji mərkəzin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 22: 44 13 kilometr dərinlikdə baş verib.

Xəbər lenti

Xəbər lenti