...

XİN: Türkiyə MAR-a humanitar yardım göndərəcək

Dünya xəbərləri Materials 1 Mart 2014 05:55 (UTC +04:00)
Türkiyə Mərkəzi Afrika Respublikasına (MAR) humanitar yardım göndərəcək.
XİN: Türkiyə MAR-a humanitar yardım göndərəcək

Azərbaycan, Bakı, 1 mart / Trend /

Türkiyə Mərkəzi Afrika Respublikasına (MAR) humanitar yardım göndərəcək.

Trend Türkiyənin Hurriyet Daily News qəzetinə istinadən bu barədə ölkə XİN-in cümə günü yaydığı bəyanatında bildirilir.

Məlumata görə, Türkiyənin humanitar təşkilatları MAR-da məcburi köçkünlərə yardım göstərəcək.

Bəyanatda həmçinin deyilir ki, Türkiyə Mərkəzi Afrika Respublikasındakı münaqişənin sülh yolu ilə həllində və ölkədə sabitliyin, həmçinin təhlükəsizliyin təmin edilməsində səylərini davam etdirəcək.

Bundan öncə BMT Türkiyə hökumətini Mərkəzi Afrika Respublikasına sülhməramlı qoşunların göndərilməsinə çağırıb.

Xəbər lenti

Xəbər lenti