...

Rusiya Krım hökuməti başçısının yardım barədə xahişinə baxacaq

Dünya xəbərləri Materials 1 Mart 2014 12:10 (UTC +04:00)
Rəsmi Moskva Krım Nazirlər Şurasının sədri Sergey Aksyonovun Rusiya Prezidentinə Muxtar Respublikada sülh və əmin-amanlığı təmin etməyə yardım haqqında müraciətini diqqətdə saxlayacaq.
Rusiya Krım hökuməti başçısının yardım barədə xahişinə baxacaq

Azərbaycan, Bakı, 1 mart /Trend/

Rəsmi Moskva Krım Nazirlər Şurasının sədri Sergey Aksyonovun Rusiya Prezidentinə Muxtar Respublikada sülh və əmin-amanlığı təmin etməyə yardım haqqında müraciətini diqqətdə saxlayacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü RİA Novosti Kreml Administrasiyasına istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 25-də Krımın bir sıra sakinləri Ukraynada hakimiyyətə gəlmiş yeni rəhbərliyi tanımamaq tələbi ilə müddətsiz aksiyaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti