Azərbaycan, Bakı, 8 mart /Trend/
Krım Ali sovetinin sədri Vladimir Konstantinov hesab edir ki, Rusiyanın tabeçiliyinə keçmə prosesi referendumun müvafiq nəticəsində mart ayı ərzində baş tutacaq. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
"Bir tabeçilikdən digərinə keçid mürəkkəb prosesdir, lakin düşünürəm ki, bir ay - mart ayı ərzində referendumun əlverişli nəticəsi zamanı krımlılar özlərini başqa ölkənin vətəndaşları hiss edəcəklər", - Konstantinov deyib.