Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Təmkin Cəfərov/
"İran və Azərbaycan arasında mövcud iqtisadi əlaqələr iki xalqa layiq səviyyədə deyil və mövcud əlaqələr daha da artırılmalıdır". Bunu cümə axşamı Trend-ə İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası rəisinin beynəlxalq məsələlər üzrə müavini Əli Əkbər Fərazi deyib.
Ə.Ə.Fərazi bildirib ki, iki ölkənin iqtisadi əlaqələrinin inkişafı üçün potensialı çoxdur və iki ölkənin iqtisadiyyatı bir-birini tamamlayır: "Azərbaycan və İran iqtisadiyyatı bir-birini təkmilləşdirə bilər. Düşünürəm ki, hər iki ölkə mövcud potensiallardan birgə istifadə etməklə üçüncü ölkələrdə birgə layihələr və işlər görə bilərlər. İran Azərbaycan investorları və iş adamlarına İraq, Əfqanıstan və Asiyanın qərb hissəsində, eləcə də Azərbaycan İran investorları və iş adamlarına MDB və Rusiyada iqtisadi fəaliyyətlər üçün şərtləri asanlaşdıra və yardım edə bilər".
O əlavə edib ki, iki ölkə arasında mövcud əlaqələr yaxşı səviyyədədir və hər iki ölkənin tacirləri və iş adamları yaradılmış bu müsbət atmosferdən mümkün istifadəni etməlidirlər.
Fərazi deyib ki, İran və Azərbaycanın müştərək ticarət palatasının təsis olunması ilə bağlı sənəd yaxın iki ay ərzində Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Tehrana səfəri zamanı imzalanacaq.