...

ATƏT-in müşahidə qrupu Donetskdə atəşə tutulub

Dünya xəbərləri Materials 15 Sentyabr 2014 10:57 (UTC +04:00)
ATƏT-in müşahidə qrupu Donetskdə çalışan zaman beş mina mərmisi müşahidəçilərin yerləşdiyi yerin yaxınlığında partlayıb.
ATƏT-in müşahidə qrupu Donetskdə atəşə tutulub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

ATƏT-in müşahidə qrupu Donetskdə çalışan zaman beş mina mərmisi müşahidəçilərin yerləşdiyi yerin yaxınlığında partlayıb. Trend xəbər verir ki, bu barədə "İnterfaks" ATƏT-in Ukraynadakı xüsusi müşahidə missiyasının məlumatına istinadən xəbər yayıb.

ATƏT-in saytında dərc edilmiş məlumata görə, sentyabrın 14-də yerli vaxtla saat 15:00 radələrində müşahidəçilər qrupu bir qədər əvvəl minaatanlardan atəşə tutulan Putilov bazarına gəliblər. ATƏT nümayəndələri hadisə yerindən 20 metr kənarda həlak olmuş qadının meyitini görüblər.

Məlumatda deyilir: "Müşahidə missiyası gəldikdən az sonra minaatanlardan atəş açılmağa başlayıb, mərmilərdən 4-ü qrupun üzvlərindən 200 metr kənarda partlayıb. Nəticədə qrup bazardan bir kilometr uzaqlaşaraq başqa yerə keçməyə məcbur olub. Lakin 10 dəqiqədən sonra mina mərmisi müşahidəçilərdən təxminən 100 metr məsafədə partlayıb, müşahidəçilər bu rayonu tərk etməyə məcbur olublar".

Dünən şəhər hakimiyyətindən verilən məlumata görə, yerli vaxtla saat 19:00-da Donetskdə vəziyyət gərgin olub, bütün günü atışmalar ara verməyib, evlər dağılıb, dinc sakinlər arasında ölənlər və yaralananlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti