...

Tbilisidə Gürcüstan-Türkmənistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Dünya xəbərləri Materials 26 Noyabr 2014 08:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 noyabr /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstan-Türkmənistan hökumətlərarası komissiyasının iqtisadi əməkdaşlıq üzrə növbəti iclası noyabrın 26-28-də Tbilisidə keçirilməsi nəzərdə tutulur. Bu barədə Trend məlumat verir.

Əməkdaşlığın əsas istiqamətlərindən biri Türkmənistan ilə əlaqələri, xüsusilə yanacaq-energetika kompleksi sahəsində, o cümlədən Azerbaijan-Georgia-Romania Interconnector (AGRI) və s. kimi böyük beynəlxalq layihədə iştirak etmək məsələsi də ola bilər.

Transxəzər boru kəməri infrastrukturunun reallaşdırılmasında, özü də uzunmüddətli perspektivdə Xəzərin ehtiyatlarının transmilli layihələrinə Azərbaycan vasitəsilə qoşulmasına imkan yaradır.

Gürcüstan Cənubi Qafqaz enerji-nəqliyyat dəhlizi çərçivəsində öz ərazisini təklif edir və öz ərazisindən keçməklə Xəzər hövzəsi və Orta Asiyadan enerji daşıyıcılarının etibarlı və təhlükəsiz nəqlini təmin etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti