...

Nigeriyanın şimalında məscid ərazisində partlayışlar nəticəsində 120 nəfər həlak olub

Dünya xəbərləri Materials 28 Noyabr 2014 23:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Nigeriyanın Kano şəhərinin əsas məscid ərazisində cümə namazı zamanı baş vermiş silsilə partlayışlar nəticəsində qurbanların sayı 120 nəfərə artıb, 270 nəfər xəsarət alıb. Trend TASS agentliyinə istinadən bu barədə France-Presse agentliyi xəbər verir.

Polis idarəsinin nümayəndəsinin bildirdiyinə görə, iki terrorist məscidə daxil olaraq, terror aktlarını törədiblər, sonra isə "naməlum silahlı adamlar sığınacaq tapmaq istəyən insanlara atəş açıblar".

Hücumda ən azı 15 yaraqlı iştirak edib, onlardan dördü yerindəcə məhv edilib, digər dəstə üzvləri isə qaçmağa müvəffəq olublar, Kanonun polisi bildirib.

Hələlik heç kim hücum üzrə məsuliyyəti öz üzərinə götürməyib, lakin güc strukturları əmindirlər ki, bu cinayət Nigeriyanın şimalında islam xilafəti yaratmağa çalışan, hökumətlə silahlı mübarizə aparan "Boko haram" islamçı qruplaşmanın işidir.

Nigeriyada ötən beş il ərzində "Boko haram" silahlıları tərəfindən törədilən terror qurbanlarının sayı 10 min nəfər ötüb.

Xəbər lenti

Xəbər lenti