...

Türkiyədə 300-dən çox qanunsuz miqrant saxlanıb

Dünya xəbərləri Materials 19 Yanvar 2015 13:26 (UTC +04:00)
Onların arasında Suriya vətəndaşları da var.
Türkiyədə 300-dən çox qanunsuz miqrant saxlanıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Mersin vilayətində İtaliyaya getməyə cəhd edən 330 qanunsuz miqrant saxlanıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

Onların arasında Suriya vətəndaşları da var.

Qanunsuz miqrantlar Toqo dövlətinin bayrağı altında üzən balıqçı gəmisində saxlanıblar.

Eləcə də qanunsuz miqrantların İtaliyaya göndərilməsi ilə məşğul olan 4 Türkiyə vətəndaşı tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti