Azərbaycan, Bakı, 13 fevral /Trend/
Norveçin "Norwegian" aviaşirkətinin rəhbəri Byorn Hyos Rusiyanın tranzit aviaşirkətləri üçün ölkənin hava məkanının bağlanması ilə bağlı Krallıq hökumətinə müraciət edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, Rusiya hökumətinin analoji qadağasına qarşı etiraz əlaməti olaraq edilib.
Onun sözlərinə görə, gücə güclə cavab vermək lazımdır: "Bu zaman iş 24 saat ərzində həllini tapacaq".
Məlumata görə, "Norwegian"ın rəqibi olan SAS şirkəti Rusiya ərazisi üzərindən Asiyaya uça bilər. Lakin "Norwegian" naməlum səbəblərdən belə icazəni ala bilməyib.