...

Barak Obama ərəb liderlərini ölkəsinə dəvət etdi

Dünya xəbərləri Materials 3 Aprel 2015 07:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

ABŞ Prezidenti Barak Obama bir neçə ərəb ölkəsinin başçılarını Yaxın Şərqdə təhlükəsizliklə bağlı bir sıra məsələləri gündəmə gətirmək məqsədilə Kemp-Devid iqamətgahına dəvət edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Ağ Evdə çıxış edən B.Obama qeyd edib: "Mən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman, Qətər və Bəhreyn liderlərini təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığı daha da möhkəmləndirmək üçün və bir sıra münaqişələrin həlli ilə bağlı dəvət etmişəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti