...

Yunanıstana 86 milyard avro məbləğində yardım verilib

Dünya xəbərləri Materials 20 Avqust 2015 07:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Avropa Sabitləşdirilmə Mexanizminin (ESM) Direktorlar Şurası Yunanıstana 86 milyard avro məbləğində yardım proqramını təsdiqləyib.

Trend-in "RİA Novosti"-ya istinadən verdiyi xəbərə görə, birinci tranşın həcmi 26 milyard avro təşkil edəcək, bu məbləğdən 10 milyard avro Yunanıstan banklarının rekapitallaşdırılmasına və konsolidasiyasına yönəldiləcək.

Qeyd edək ki, bundan əvvəl Almaniya parlamenti Yunanıstana 86 milyard avro məbləğində yardımım ayrılmasını dəstəkləyib.

Qeyd olunan proqram daha əvvəl avqustun 14-də Avrozona ölkələrinin maliyyə nazirləri tərəfindən dəstəklənib. Yardımın üçüncü paketi 3 il müddətinə nəzərdə tutulub. Bu müddət ərzində Yunanıstan tələb olunan islahatları həyata keçirməlidir.

Xəbər lenti

Xəbər lenti