Azərbaycan, Bakı, 30 avqust /Trend/
"Amazon" video servisi ilə müqavilə imzalayan, "Top Gear" verlişinin keçmiş aparıcısı Ceremi Klarkson yeni işində 10 milyon funt-sterlinq (15 milyon dollara yaxın) alacaq. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
"Amazon"-da əvvəlki kimi Klarkson avtomobillər barədə veriliş aparacaq.
Qeyd edək ki, bu ilin mart ayında aparıcı "BBC"-dən uzaqlaşdırılmışdı. Səbəb onun prodüser ilə aralasında yaranan münaqişə olub: prodüser aparıcıya gecə saatlarında steyk tapmadığı üçün Klarkson ona zərbə endirib.