Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
"Domodedovo" hava limanında baş verən tüstülənmə nəticəsində sərnişinlər təxliyə edilib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər yayıb.
Tüstülənmə yerli vaxtla saat 07:02-də aeroportun üçüncü mərtəbəsində qeydə alınıb.
Hadisənin səbəbləri dəqiqləşdirilir.
x x x
"Domodedovo" hava limanında yanğına səbəb elektrik cihazlarının nasazlığı olub. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.
Bildirilir ki, ilkin məlumatlara əsasən, yanğına mis kabellərdə baş verən qısa qapanma səbəb olub.
Hazırda 3 minə yaxın insan təxliyə edilib.
x x x
FHN Moskvanın "Domodedovo" aeroportunda yanğının aradan qaldırılması ilə bağlı məlumatı təsdiq edib.
Məlumatda bildirilir ki, yerli vaxtla saat 08:03-də 16 kvadrat metrlik sahəni əhatə edən yanğın lokallaşdırılıb, 08:10-da isə tamamilə aradan qaldırılıb.