Türkiyədə hərbçilərə hücum olunub: 23 yaralı var

Dünya xəbərləri Materials 6 Oktyabr 2015 01:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Türkiyənin Diyarbəkir vilayətində PKK qrupunun üzvləri hərbi avtomobili partladıblar. Bu barədə Trend "Milliyet" qəzetinə istinadən xəbər verir.

Hücum nəticəsində 23 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili-tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti