Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror hadisəsinin çoxsaylı insan təlafatı ilə nəticələnməsi ilə bağlı 3 günlük ümummilli matəm elan edilib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuat konfransında bəyan edib.
Bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib.
Terror aktında ölənlərin sayı 86-ya, yaralananların sayı isə 186-ya çatıb, Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.