...

General: Fransadakı terror aktları İŞİD-ə qarşı hərbi əməliyyatlara cavabdır

Dünya xəbərləri Materials 14 Noyabr 2015 16:02 (UTC +04:00)
Fransadakı terror aktları Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların aparılmasına cavabdır.
General: Fransadakı terror aktları İŞİD-ə qarşı hərbi əməliyyatlara cavabdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Orxan Quluzadə/

Fransadakı terror aktları Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların aparılmasına cavabdır. Bunu Trend-ə açıqlamasında ehtiyatda olan türkiyəli general-mayor Armağan Kuloğlu deyib.

Onun sözlərinə görə, bundan əvvəl İŞİD terrorçuları bir sıra ölkələri, o cümlədən Fransa və Rusiyanı terror hücumları ilə bir neçə dəfə hədələyib.

A.Kuloğlu qeyd edib ki, gələcəkdə İŞİD-lə mübarizə risklərdən asılı olaraq müəyyən ediləcək.

Qeyd edək ki, Paris prokurorluğunun məlumatlara əsasən, baş vermiş terror aktları nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti