...

İranın 12 əyalətində qar və çovğun var

Dünya xəbərləri Materials 4 Dekabr 2015 12:25 (UTC +04:00)
Ötən 24 saat ərzində İranın 12 əyalətində qar və çovğun var və biz çovğunda yardıma ehtiyacı olan 2500 avtomobilə yardım göstərmişik.
İranın 12 əyalətində qar və çovğun var

Bakı. Təmkin Cəfərov - Trend:

Ötən 24 saat ərzində İranın 12 əyalətində qar və çovğun var və biz çovğunda yardıma ehtiyacı olan 2500 avtomobilə yardım göstərmişik. Bunu İranın yardım və xilasetmə təşkilatının sədr müavini Hüseyn Dərvişi deyib. Trend-in məlumatına görə, bu barədə İranın tasnimnews xəbər saytı məlumat verib.

H.Dərvişi deyib ki, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, İsfahan, İlam, Çahar Mahal və Bəxtiyari, Zəncan, Kürdüstan, Kirmanşah, Gilan, Mazandaran və Həmədan əyalətlərində ötən 24 saat ərzində qar və çovğun olub: "Çovğunda yardıma ehtiyacı olan 570 nəfərə yardım göstərilib, 5 nəfər yaralı xəstəxanlara çatdırılıb".

O həmçinin əlavə edib ki, 660 nəfər sığınacaqlarda yerləşdirilib və onlar isti yemək və geyimlə təmin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti