Bakı. Trend:
Tbilisi zooparkında, 80 kv. metr sahəsində yanğın baş verib. Bu barədə Gürcüstanın Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.
"Yanğının səbəbi məlum deyil. Hadisə yerində 7 yanğınsöndürən briqada işləyib, nəticədə yanğın söndürülüb", - məlumatda bildirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.