Bakı. Trend:
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr krallığın İranla diplomatik əlaqələrini dayandırmasını deyib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, krallıq İranın diplomatik missiyası və onunla əlaqədə olan strukturlardan 48 saat ərzində ölkəni tərk etməyi tələb edib.
Əl-Cubeyrin sözlərinə görə, krallıq "Səudiyyə Ərəbistanının təhlükəsizliyini pozmağa" İrana imkan verməyəcək