Bakı. Trend:
ABŞ-ın Şərq sahillərində tüğyan edən "Conas" qar fırtınası nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, bundan əvvəl isə ölənlərin sayının 17 nəfər olduğu bildirilirdi.
Sinoptiklər havanın daha da kəskinləşəcəyini bildiriblər. Karolina və Corciya ştatlarından Nyu-Yorka qədər hər yerdə fövqəladə vəziyyət elan edilib. İnsanlara nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə olunur.