...

Türkiyə təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub

Dünya xəbərləri Materials 10 Fevral 2016 04:55
Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
Türkiyə təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub. Onlardan biri hərbçi, digəri isə polis əməkdaşıdır.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Şırnakın İdil rayonu ərazisində Suriyadan Türkiyə tərəfinə keçmək istəyən on nəfərlik silahlı PKK-çı ilə hərbçilər arasında atışma olub.

Nəticədə bir hərbçi həlak olub ikisi yaralanıb. Şırnakın mərkəzində isə PKK silahlılarının zirehli polis maşınını atəşə tutmaları nəticəsində bir polis şəhid olub, digəri isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti