...

Türkiyədə məktəbliləri daşıyan avtobus kanala düşüb: 14 ölü, 24 yaralı (ƏLAVƏ OLUNUB-2) (FOTO, VİDEO)

Dünya xəbərləri Materials 6 İyun 2016 01:30 (UTC +04:00)
Türkiyənin Osmaniye əyalətində avtobusun suvarma kanalına aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb, daha 24 nəfər yaralanıb.
Türkiyədə məktəbliləri daşıyan avtobus kanala düşüb: 14 ölü, 24 yaralı (ƏLAVƏ OLUNUB-2) (FOTO, VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 22:22-də yayılıb)

Bakı. Trend:

Türkiyənin Osmaniye əyalətində avtobusun suvarma kanalına aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb, daha 24 nəfər yaralanıb.

Daha öncə 9 nəfərin öldüyü bildirilirdi.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata əsasən, avtobus şagirdlər və onların valideynlərini istirahətə apardığı zaman aşıb. Qəza sürücünün idarəetməni itirdiyindən baş verib.

Yaralılar xəstəxanalara yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti