...

Yerevanda polis binasını tutanlar yeni şərtlər irəli sürüblər

Dünya xəbərləri Materials 19 İyul 2016 14:47 (UTC +04:00)
Yerevanda polis binasını tutmuş silahlı şəxslər yerli vaxtla saat 19:00-a qədər Ermənistan Milli Təhlükəsizlik Şurasının tələblərinə cavab verməyə hazırdırlar.
Yerevanda polis binasını tutanlar yeni şərtlər irəli sürüblər

Bakı. Trend:

Yerevanda polis binasını tutmuş silahlı şəxslər yerli vaxtla saat 19:00-a qədər Ermənistan Milli Təhlükəsizlik Şurasının tələblərinə cavab verməyə hazırdırlar.

Bunu jurnalistlərə "Təsis parlamenti" radikal müxalif hərəkatının üzvü Alek Yeniqomşyan deyib.

Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" məlumat yayıb.

A.Yeniqomşyan bildirib: "Ermənistan Milli Təhlükəsizlik Şurası və "Təsis parlamenti" arasındakı danışıqlar bilavasitə mənim iştirakımla aparılır. Binanı tutan "Sasna çrer" qrupunun üzvlərinə bildirdim ki, Milli Təhlükəsizlik Şurasının tələblərinə axşam cavab veriləcək".

Bununla belə o, Milli Təhlükəsizlik Şurasının binanı tutan şəxslərə əsas tələblərini açıqlamaqdan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti