...

ABŞ Fətullah Gülənin ekstradisiyası üzrə materiallarla tanış olur

Dünya xəbərləri Materials 19 İyul 2016 22:29 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı telefon danışı zamanı Ankaranın ekstradisiya etmək istədiyi Fətullah Gülən ətrafındaki vəziyyəti müzakirə ediblər.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ evin mətbuat katibi Coş Ernest bildirib.

Onun sözlərinə görə, liderlər ABŞ-da yaşayan Gülənin statusunu müzakirə ediblər: "Türkiyə hökuməti ABŞ hökumətinə elektron şəkildə Gülənin statusuna dair materiallar təqdim edib. Dövlət departamenti və ədliyyə nazirliyi ekstradisiya haqqında sazişə uyğun olaraq bu materiallarla tanış olacaqlar", - Ernest bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti