...

Ərdoğana qarşı sui-qəsd planının arxasında kim dayanıb?

Dünya xəbərləri Materials 27 İyul 2016 17:29 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etdiklərinə görə həbs edilmiş generalların ifadələrinə və istintaqa əsasən müəyyən edilib ki, Türkiyə Prezidentinə qarşı sui-qəsd planının arxasında onun hərbi müşaviri Əli Yazıcı dayanır.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, məhz Ə.Yazıcı Prezident Rəcəb Tayyib Ərdoğanın koordinatlarını qiyamçılara verib.

O, həmçinin məvacibinin 20 faizini Fətullah Gülən təşkilatına ödəyib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti