Bakı. Rufiz Hafizoğlu - Trend:
Fəthullah Gülən terror təşkilatı Türkiyə iqtisadiyyatına zərbə vurmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Facebook" səhifəsində "SOCAR Turkey Energy"nin sabiq rəhbəri, Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) İdarə heyətinin sədri Kənan Yavuz yazıb.
O qeyd edir ki, Gülən hərəkatı xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinə mane olmaq üçün anti-Türkiyə kampaniyası təşkil etmək niyyətindədir.