...

Ərdoğan: Gülənin Türkiyədəki tərəfdarları uzun illər əsl simalarını ustalıqla gizlədiblər

Dünya xəbərləri Materials 3 Avqust 2016 14:12 (UTC +04:00)
Fətullah Gülən hərəkatının Türkiyədəki tərəfdarları uzun illər ərzində əsl simalarını ustalıqla gizlədiblər.
Ərdoğan: Gülənin Türkiyədəki tərəfdarları uzun illər əsl simalarını ustalıqla gizlədiblər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Fətullah Gülən hərəkatının Türkiyədəki tərəfdarları uzun illər ərzində əsl simalarını ustalıqla gizlədiblər. Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Ərdoğan dini şüarlar altında pərdələnən Gülən hərəkatının əsl niyyətinin daha öncə ifşa edilməməsindən təəssüfləndiyini də vurğulayıb.

Bundan başqa, Türkiyə prezidenti Fətullah Güləni şarlatan adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti