...

"Emirates Airlines" aviaşirkətinin təyyarəsi Dubayda uğursuz eniş edib (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 3 Avqust 2016 16:10 (UTC +04:00)
"Emirates Airlines" aviaşirkəti Dubayın hava limanında təcili eniş etmiş "Boeing-777" təyyarəsinin göyərtəsində olan sərnişinlərin hansı ölkədən olduqlarını elan edib.
"Emirates Airlines" aviaşirkətinin təyyarəsi Dubayda uğursuz eniş edib (FOTO/VİDEO)

Bakı. Elçin Hüseynov - Trend:

"Emirates Airlines" aviaşirkəti Dubayın hava limanında təcili eniş etmiş "Boeing-777" təyyarəsinin göyərtəsində olan sərnişinlərin hansı ölkədən olduqlarını elan edib. Bu barədə Trend RİA Novostı-yə istinadən xəbər verir.

Sərnişinlərin 226-sı Hindistandan, 24-ü - Böyük Britaniyadan, 11-i isə - Birləşmiş Ərəb Əmirliklərindəndir. Bundan başqa, 5 sərnişin Türkiyədən, 4-ü İrlandiyadan, 2-si Avstraliya, Braziliya, Almaniya, Malayziya və Tailanddan olub. Təyyarədə həmçinin Xorvatiyadan, Misirdən, Bosniyadan, Livandan, Filippindən, Cənubi Afrikadan, İsveçrədən və Tunisdən sərnişinlər olub.

Hadisə zamanı ümümiyyətlə təyyarədə 228 sərnişin və 18 ekipaj üzvü olub. Bütün sərnişinlər evakuasiya edilib, tələfat yoxdur.

Bir neçə KİV təyyarənin Dubay hava limanında həyata keçirilmiş uğursuz təyyarə enişinin videoçarxlarını dərc edib. Videoda görünür ki, eniş zamanı təyyarədə (təqribən mühərrikin) partlayış müşahidə olunur.

Qeyd edək ki, təyyarə Hindistanın Tiruvanantapuram şəhərindən EK521 reysini həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti