...

İran “MasterCard” beynəlxalq ödəniş sisteminə qoşuldu

Dünya xəbərləri Materials 14 Avqust 2016 12:24 (UTC +04:00)
İranın poçt operatoru "MasterCard" beynəlxalq ödəniş sisteminə qoşulması üzrə saziş imzalayıb
İran “MasterCard” beynəlxalq ödəniş sisteminə qoşuldu

Bakı. Trend:

İranın poçt operatoru "MasterCard" beynəlxalq ödəniş sisteminə qoşulması üzrə saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq ödənişlərə bağlı problemlər həll edilib. İranlılar “MasterCard” beynəlxalq ödəniş sistemindən istifadə edə bilərlər.

"Bank kartı ilə əməliyyatlar İran Mərkəzi bankının qaydalarına uyğun olaraq həyata keçirilə bilər", - deyə Vaezi qeyd edib.

Xəbər lenti

Xəbər lenti