...

Türkiyənin SQ-nin Baş qərargahı türk tankının vurulduğu barədə məlumatı təsdiqləyib

Dünya xəbərləri Materials 9 Sentyabr 2016 21:23 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargahı "Fərat qalxanı" əməliyyatı zamanı Suriyada türk tankının vurulduğu barədə məlumatı təsdiqləyib.

Trend Hürriyet qəzetinə istinadən xəbər verir ki, hadisə Suriyanın şimalında Tel Əl-Hava yaşayış məntəqəsində türk hərbçilərinin İŞİD silahlıları ilə toqquşma zamanı baş verib.

Nəticədə üç türk əsgəri ölüb, daha biri isə yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti