...

Hələb yenə hədəfdə - 15 ölü, 150-dən artıq yaralı

Dünya xəbərləri Materials 29 Oktyabr 2016 09:29 (UTC +04:00)
Suriyada silahlılar Hələbin yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər.
Hələb yenə hədəfdə - 15 ölü, 150-dən artıq yaralı

Bakı. Trend:

Suriyada silahlılar Hələbin yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, sutka ərzində Hələbdə 15 dinc sakin həlak olub, 150-dən artıq sakin yaralanıb.

Hərbçilərin verdiyi məlumata göerə, təkcə son sutka ərzində şəhərə 100 mərmi atılıb.

Silahlılar əsasən qaz balonları, kustar üsulla hazırlanmış partlayıcılar, minalardan istifadə edirlər. Döyüşçülərin əsas hədəfi məktəblər və xəstəxanalardır.

Xəsətxanaya yerləşdirilən suriyalı qadın deyir ki, 15 və 20 yaşlarında qızı və oğlu həlak olub: "Mina partlayan zaman onlar qorxudan bir-birinə sığındılar, elə bir yerdə də tikə-parça oldular".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti