...

Türk lirəsi tarixi minimumunu yenilədi

Dünya xəbərləri Materials 4 Noyabr 2016 13:34 (UTC +04:00)
Türk lirəsi yenidən tarixi minimum hədə çatıb.
Türk lirəsi tarixi minimumunu yenilədi

Bakı. Orxan Quluzadə - Trend:

Türk lirəsi yenidən tarixi minimum hədə çatıb. Trend Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir ki, bu gün Türkiyənin milli pul vahidi dollara nisbətdə ucuzlaşaraq 3,1375 lirə təşkil edib.

Ekspertlərin fikrincə, buna Diyarbəkirdə bu gün baş verən terror hadisəsi və Xalq Demokrat Partiyasının millət vəkillərinin saxlanılması səbəb olub.

Buna qədər lirənin ən aşağı məzənnəsi oktyabrın 28-də qeydə alınıb ki, buna səbəb Suriya və İraqda başlayan hərbi əməliyyatlar olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti