...

Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

Dünya xəbərləri Materials 28 Dekabr 2016 20:58 (UTC +04:00)
Suriyadakı Rusiya səfirliyi yenidən atəşə tutulub.
Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

Bakı. Trend:

Suriyadakı Rusiya səfirliyi yenidən atəşə tutulub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, terrorçular tərəfindən Rusiya səfirliyinə hücum saat 14:00-da olub.

Məlumata görə, bir mina diplomatik nümayəndəliyin inzibati binasının həyətinə düşüb. Amma xoşbəxtlikdən o partlamayıb. İkinci mina isə əraziyə yaxın düşüb. Partlamamış minaların zərərsizləşdirilməsi üçün istehkamçılar cəlb olunub.

Qeyd edək ki, bu, Rusiyanın Suriyadakı səfirliyinə ilk hücum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti