...

Fırtına İstanbulu cənginə alıb (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 29 Dekabr 2016 13:31 (UTC +04:00)
İstanbulda gecə saatlarından yağan güclü yağış və fırtına bir çox fəsadlara yol açıb.
Fırtına İstanbulu cənginə alıb (FOTO/VİDEO)

Bakı. Trend:

İstanbulda gecə saatlarından yağan güclü yağış və fırtına bir çox fəsadlara yol açıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, fırtına səbəbindən Memar Sinan körpüsündə kran yük avtomobilinin üstünə düşüb. Hadisə nəticəsində yoldan keçən digər avtomobillər də zərər görüb.

Hazırda yol nəqliyyatın hərəkətinə bağlıdır, kranın qaldırılması üçün iş aparılır.

Mersində sel həyatı iflic etdi (FOTO/VİDEO)

Mersində sel həyatı iflic etdi (FOTO/VİDEO)

Bundan başqa, şəhərin Maltəpə rayonunda kranlı avtomobil 8 maşına çırpılaraq yanacaqdoldurma məntəqəsinə girib və aşıb. Qəzada 8 nəfərin yaralandığı bildirilir.

Fırtına İstanbulda dəniz səfərlərinə də təsir edib. İlkin məlumata əsasən, artıq 15-ə qədər bərə reysi təxirə salınıb.

Eləcə də əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, İstanbulun hava limanlarından bir sıra aviareyslər ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti