...

Mersində sel həyatı iflic etdi (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 29 Dekabr 2016 12:26 (UTC +04:00)
Türkiyənin Mersin vilayətində güclü yağışlar sel yaranmasına səbəb olub.
Mersində sel həyatı iflic etdi (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyənin Mersin vilayətində güclü yağışlar sel yaranmasına səbəb olub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, vilayət mərkəzində - Mersin şəhərində əsas küçələri sel suları basıb, vətəndaşlar avtomobillərində köməksiz vəziyyətdə qalıblar.

Sel səbəbindən şəhərin məktəbləri bağlanıb.

Bələdiyyə vətəndaşlara xəbərdarlıq edərək ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamağı tövsiyə edib.

Qeyd edək ki, Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, 15 vilayətdə məktəblər bağlanıb, hava limanlarında reyslər təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti