Bakı. Trend:
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar beş nəfər həbs edilib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, həbs olunanlardan 4-ü polis, 1 isə FETÖ üzvü Süleyman Ergen olub.
Xəbərdə deyilir ki, həbs olunan polis əməkdaşları səfiri qətlə yetirən Mövlut Mert Altıntaşın polis oqanlarında çalışan iş yoldaşları olub.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.