Bakı. Trend:
Avstriyanın paytaxtı Vyananın Hernals rayonunda qaz partlayışı olub.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, rayonun əsas küçəsində yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Ətraf binaların sakinləri təxliyə olunub.
Hazırda partlayışdan sonra bir hissəsi dağılmış binada yanğın lokallaşdırılıb.
Küçənin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlıdır.
Yerli "Kronen Zeitung" qəzetinin məlumatına əsasən, 4 nəfər ağır, 6 nəfər isə yüngül xəsarət alıb. Onlar arasında uşaq da var.