Bakı. Trend:
İran 36 ölkədən olan turistlər, o cümlədən rusiyalı turistlər üçün viza rejimini ləğv etməyi düşünür. Trend-in məlumatına görə, belə bir açıqlama ilə İranın mədini irs və turizm məsələləri üzrə vitse-prezidenti Zəhra Əhmədipur çıxış edib.
Qeyd edək ki, lakin həmin ölkələrin tam siyahısı hələ açıqlanmayıb.
Məlumata görə, İran Amerika vətəndaşlarının isə ölkə ərazisinə girişinə qadağa qoymağı planlaşdırır.