Bakı. Trend:
Çində əhalinin sayı sürətlə artır. Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, 2020-ci ildə bu ölkədə əhalinin sayı təxminən 1 milyard 420 milyon nəfər olacaq. Statistik məlumata görə, Çində əhalinin orta illik artımı 6 faiz təşkil edir.
Belə ki, ötən il Çində əhalinin sayı 1 milyard 382 milyon 271 min nəfər olub ki, bu göstərici də 2015-ci il göstəricisindən 8 milyon nəfər çoxdur.