Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayış nəticəsində 19 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, partlayış Ali Məhkəmə binasının yaxınlığında qeydə alınıb.
Kabil polisi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.
Hadisə iş gününün sonunda, əməkdaşlar məhkəmə binasını tərk edərkən baş verib.