Bakı. Trend:
Türkiyənin regionda sabitliyin bərpa olunmasında Fars körfəzi ölkələrinin və ilk növbədə Səudiyyə Ərəbistanının dəstəyinə ehtiyacı var.
Trend-in məlumatına görə, bunu “Əl-Ərəbiyə” telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib: “Biz Rakkanı İŞİD-dən azad etdikdən sonra regionu öz sakinlərinə - ərəb qardaşlarımıza təhvil verə biləcəyik. Burada bizim üçün Fars körfəzi ölkələrinin və ilk növbədə Səudiyyə Ərəbistanının dəstəyi mühüm olacaq”.