...

Ərdoğanın müşaviri: Suriyada amerikalılara təsadüfən raket ata bilərik

Dünya xəbərləri Materials 4 May 2017 23:35 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidentinin müşaviri İlnur Çevik Amerikanın Suriyada olan xüsusi təyinatlı qüvvələrini "təsadüfən" zərbələr endirməklə hədələyib.

Trend-in məlumatına görə, müşavir bunu Türkiyə-Suriya sərhədində ABŞ ordusu ilə kürd özünümüdafiə dəstələri arasındakı qarşılıqlı fəaliyyətin neqativ hallara yol açması ilə izah edib.

İ.Çevik deyib: "Orada Amerika hərbi texnikasının olması gözümüzdən yayına bilər. Qəflətən, tamamilə təsadüfən bir neçə raket ora düşə bilər".

Xəbər lenti

Xəbər lenti