Bakı. Trend:
Yaponiyanın Kitakusu şəhərində yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən bu haqda Fukuoka prefekturasının polisi xəbər verib.
Qeyd olunur ki, yanğın çoxmənzilli taxta evdə baş verib.
Hadisə nəticəsində azı beş nəfərin dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirildiyi bildirilir.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.