Bakı. Rufiz Hafizoğlu - Trend:
Bu gün Qətər və İraq böhran hallarında birgə fəaliyyət barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə İraq Nazirlər Kabinetinin bəyanatında deyilir.
Məlumata əsasən, rəsmi Bağdad və Doha arasında ikitərəfli saziş İraq parlamentinin spikeri Səlim əl-Cübeyri və Qətər Əmiri Təmim bin Həməd Al Tani arasında keçirilən görüş çərçivəsində əldə olunub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.