Bakı. Trend:
Türkiyənin Hakkari vilayətində terrorçuların hücumu nəticəsində 3 polis əməkdaşı və 6 hərbçi yaralanıb.
Trend-in türk KİV-lərinə istinadən verdiyi xəbərə görə, yaralılardan biri ağır vəziyyətdədir.
Bildirilir ki, PKK terrorçuları hücum zamanı iri çaplı silahlardan istifadə ediblər.
Vilayətində terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi üçün əməliyyat aparılır.