...

Banqladeşdə güclü yağış 147 nəfərin həyatına son qoydu

Dünya xəbərləri Materials 14 İyun 2017 12:45 (UTC +04:00)
Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində həlak olanların sayı 147 nəfərə çatıb.
Banqladeşdə güclü yağış 147 nəfərin həyatına son qoydu

Bakı. Trend:

Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində həlak olanların sayı 147 nəfərə çatıb.

Trend-in məlumatına görə, yağıntılar bazar ertəsi səhər saatlarından etibarən başlayıb.

Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb.

Son məlumata görə, Hindistanın Banqladeşlə sərhəd Mizoram və Assam ştatlarında da güclü yağış və sel nəticəsində həyatını itirənlər olub.

Qeyd edək ki, ötən gün Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmaz olduğunu qeyd etmişdi.

Xəbər lenti

Xəbər lenti