...

Fransada dəniz sahilləri "kokain"lə zibilləndi

Dünya xəbərləri Materials 21 İyun 2017 17:54 (UTC +04:00)
Fransanın cənub-qərbindəki Land rayonu ərazisində dəniz suları 1,5 ton kokaini sahilə vurub.
Fransada dəniz sahilləri "kokain"lə zibilləndi

Bakı. Trend:

Fransanın cənub-qərbindəki Land rayonu ərazisində dəniz suları 1,5 ton kokaini sahilə vurub.

Trend-in məlumatına görə, polisin yaydığı məlumata görə, narkotik vasitələri daşıyan şəxslərin olduğu rezin qayıqlar suda çevrildikdən sonra kokain dənizə dağılıb.

Həmin şəxsləri xilas etmək üçün qəza yerinə hərbçilər cəlb olunub. Narkotik vasitəni məhz onlar aşkar edib.

Fransa polisi hadisə ilə əlaqədasr 7 nəfər Yunanıstan vətəndaşının həbs edildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti