Bakı. Trend:
Səudiyyə Ərəbistanı təhlükəsizlik xidməti Məkkə şəhərində Məscidül-Həramda terrorçuların hücumunu qarşısını alıb.
Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda "Əl-Ərəbiyyə" telekanalı xəbər verir.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyin rəsmi nümayəndəsinin verdiyi məlumata görə terrorçular ölkə ərazisində 3 yerdə eyni zamanda silsilə hücumlar həyata keçirməyi planlaşdırırdılar.
Əməliyyat nəticəsində təhlükəsizlik xidməti tərəfindən biri qadın olmaqla, 5 nəfər saxlanılıb.